“Kəpəz” - “Qəbələ” matçının yeri dəyişdirilib

“Kəpəz” - “Qəbələ” matçının yeri dəyişdirilib

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib. SİA-nın məlumatına görə, klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək VII turda keçirilməli olan “Kəpəz” - “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib. Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının VII turunun “Kəpəz” – “Qəbələ” matçı 29 sentyabr 2017-ci il tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

VII turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə