“Qarabağ” - “Roma” oyunu azarkeş sayına görə birinci olub

“Qarabağ” - “Roma” oyunu azarkeş sayına görə birinci olub

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - “Roma” matçı azarkeş sayına görə 2-ci turun bütün oyunlarını qabaqlayıb. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanı 67200 nəfər izləyib.

Bu görüş “Borussiya” - “Real” matçını da üstələyib. "Signal İduna Park"da keçirilən qarşılaşmada 65849 nəfər azarkeş olub.

Üçüncü yerdə isə “Qarabağ”ın yer aldığı C qrupunda keçirilən "Atletiko" - “Çelsi” matçıdır. Madrid klubunun yeni istifadəyə verilmiş "Vando Metropolitano" stadionunda keçirilən görüşü 60643 azarkeş izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə