Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarənin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəsissəsində voleybol üzrə turnir keçirilib. Baş İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirin açılışında Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin baş inspektoru Şəfahət Abbasov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, turnir iştirakçılarına uğurlar diləyib.
Cəzaçəkmə Müəsissəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri "Turan", II yeri "Araz", III yeri isə "Bakı" komandası tutub.
Turnirdə I, II, III yerlərə layiq görülmüş komandaların üzvləri Baş İdarə tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunub, müəsissəyə voleybol toru və toplar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB