Çempionlar Liqasının qrup mərhələsində "Bavariya"nı qəbul edən PSJ rəqibini 3 cavabsız qolla məğlub edib. SİA-nın məlumatına görə, matçdan sonra komandanın uruqvaylı hücumçusu Edinson Kavani Neymarla konflikti barədə sualı cavablandırıb. O, bunu unutmağı məsləhət görüb: "Hər birimiz müxtəlifik. Fərqli həyat tərzi və dünyagörüşümüz ola bilər. Amma meydanda bir ailə kimi birgə çalışıb ümumi tapşırığı həll etməli, qalib gəlməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB