Birinci dəstədə lider dəyişdi

Bakıdakı Respublika Otüstü Hokkey Kompleksində sayca IX Azərbaycan çempionatının növbəti turunun oyunları keşirilib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yüksək dəstədə çıxış edən kişi komandalarının mübarizəsində liderlər qələbə qazanıb. Beləki "Akkord" "Şahdağ"ı, "Atasport" isə "Gəncliy"i məğlubiyyətə uğradıb.

Birinci dəstədə yarışan kişi hokkeyçilərin yarışında mərkəzi oyun liderlər- Nizami RİOEUGİM və "Gəncə" komandaları arasında olub. Nizami rayonunun oyunçusu Elmin Qazəliyevin son dəqiqədə vurduğu yeganə qol paytaxt hokkeyçilərinə minimal hesablı qələbə qazandırıb. Bu qələbə sayəsində Nizami RİOEUGİM vahid liderə çevrilib. "Kür" (Mingəçevir) isə Cəlilabadın "Göytəpə" komandası ilə oyuna görə texniki qələbəyə sahib olub.

Qadınların birinciliyində də elə bir gözlənilməz nəticə qeydə alınmayıb.  Beləki ilk 3 yerdə qərarlaşan paytaxt təmsilçiləri-Nizami RİOEUGİM, "Atasport-2" və "Bakı" komandaları rəqibləri üzərində asan qələbə əldə ediblər.


İkinci dəstədə mübarizə aparan kişi komandalarının oyunlarında da yarış cədvəlinin önündə qərarlaşan "Təhsil" və "Olimp" öz aktivlərinə daha 3 xal yazdırıblar.

TURUN STATİSTİKASI

Yüksək dəstə

 "Gənclik" (Sumqayıt)- "Atasport" (Bakı) - 2 : 4 
 Qollar: Abbas Nəsirov 17, Xalid Gözəlov 42, Vitali Çequrko 48,55 ("Atasport"), Anar Bayramov 60, Əmrah Məmmədov 69 ("Gənclik" ) , 53-cü dəqiqədə "Atasport"un oyunçusu Nazim Əliyev penalti zərbəsindən istifadə edə bilməyib.

"Şahdağ"(Qusar) - "Akkord" (Bakı) - 1 : 3 
Qollar: Saleh Balamiyev 17, Aqşin Əliyev 57,60 ("Akkord"), Tehran Pirsaatov 52 ("Şahdağ")

Bombardir: Saleh Balamiyev ("Akkord")  22 qol.

 Birinci dəstə

 "Gəncə" - Nizami RİOEUGİM 0:1 
 "Göytəpə"(Cəlilabad) -"Kür"(Mingəçevir) -0:5

  İkinci dəstə

 "Olimp" (Masallı) - "Astara"- 3:1 
 "Təhsil" (Sumqayıt) - "Şəki" - 1:0

  Qadınlar

 "Sumqayıt" - " Atasport -2" - 0 : 5 
Qollar: Zümrüd Məmmədova 3,35,62, Fəridə Məmmədova 17,26

 Nizami RİOEUGİM - "Xəzər" (Lənkəran) - 3 : 0 
Qollar: Gülər Aydınlı 10, Xalidə Zeynalova 31,65 

 "Bakı" - "Şahdağ"(Qusar) - 9 : 0 
Qollar: Amaliya Həsənova 1,7,15,19,25,61,63, Samirə Zeynalova 33 və Nərgiz Novruzova 37 

Bombardir: Nəsibə Safayeva (Nizami RİOEUGİM)  21 qol. 

Bütün xəbərlər Facebook səhifəmizdə