Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız "Hoffenhaym" klubunun nəzdindəki U-19 və U-23 komandalarının futbolçularından təşkil olunmuş komanda ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Qara Qarayev fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB