"Turan" - "Qarabağ"- STATİSTİKA

Həftəsonu "Qarabağ" "Turan"ın qonağı olacaq. SİA-nın məlumatına görə, Ağdam təmsilçisinin rəsmi saytında dərc olunan xəbərdə bildirilir ki, komanda son illərdə Tovuz təmsilçisi ilə bir qayda olaraq uğurlu oynayır. Ümumiyətlə "Qarabağ" 4 ildir ki, qərb təmsilçisinə məğlub olmur. Sonuncu dəfə komanda 2006-cı ilin dekabrında "Turan"a məğlub olub. İlk yarının son turunda komandanın 3:1-lik məğlubiyyəti o zamanın "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev üçün sonuncu olmuşdu.

Son 2 mövsüm də isə komanda rəqibinə xal veməyib.Ötən futbol ili isə Ağdam təmsilçisinin əzmkar qələbələri ilə yadda qalmışdı. Komanda hər 2 oyunda hesabda geriyə düşsə də, 2:1-lik qələbələr qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə