UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda keçiriləcək “Qarabağ” - “Roma” oyununun startına 1 saat qalıb. SİA-nın məlumatına görə, artıq azarkeşlər Bakı Olimpiya Stadionunda yerlərini tutmağa başlayıblar.
Stadionun İctimai Nəqliyyat terminalında hərəkətin təhlükəsizliyi üçün zəruri olan infrastruktur yaradılıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınır.
Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq.
Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçirilir.
Xatırladaq ki, "Qarabağ” - “Roma” oyunu üçün satışa çıxarılmış 67 min 500 biletin hamısı alınıb. Bu isə o deməkdir ki, stadionun oturacaqları tamamilə azarkeşlərlə dolu olacaq. Qeyd edək ki, indiyədək Azərbaycanda heç bir futbol oyununa bu sayda azarkeş kütləsi gəlməyib.
Hazırda, öncədən də xəbər verildiyi kimi, hava şəraiti əlverişli deyil. Stadionun olduğu ərazidə küləkli və yağışlı hava hökm sürür. Bu da komandaların əlavə güc sərf etməsinə səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB