Pyotr Xilko: "Finalda Azərbaycan komandası ilə görüşməyimizə şad olarıq" AÇIQLAMA
"Qadınlar arasında voleybol üzrə Avropa çempionatının finalında Azərbaycan komandası ilə görüşməyimizə şad olarıq". SİA-nın məlumatına görə, bu sözləri Belarus voleybol yığmasının baş məşqçisi Pyotr Xilko deyib.
Belarus voleybolçuları Çexiya komandasına 3:2 hesabı ilə qalib gəldikdən sonra dörddəbir finala çıxıblar.
Belarus-Çexiya matçının yekunlarını şərh edən P.Xilko oyunun heç də asan olmadığını deyib: “Komandamız özünü küncə salmağı və sonra oradan məharətlə çıxmağı sevir. İkinci partiyanın sonunda biz udmalı idik. Lakin matçın üçüncü hissəsində taktikanı dəyişdik. Üçüncü setdə Kovalçukun əvəzinə Xarelik və Smirnovanı oyuna qoşduq. Onlar topu uğurla ötürdülər. Beləliklə, oyunda müsbət məqamların sayı xeyli çoxaldı”.
Növbəti matçın Serbiya voleybolçuları ilə olacağını qeyd edən P.Xilko deyib ki, rəqib komanda çempionatda ən güclü komandalardan biridir, lakin qələbəyə ümid var: “Biz öz vəzifəmizi minimum yerinə yetirmişik, buna görə də indi bir qədər dincəlmək və sonra oyunu udmaq olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB