Türkiyə Superliqasının 6-cı turunda baş tutan "Fənərbaxça" - "Beşiktaş" derbisində (2:1) baş hakim Ali Palabıykın mübahisəli qərarları Türkiyə mediasında geniş müzakirələrə səbəb olub. Bu qərarlar məğlub komandanın azarkeşlərini də hiddətləndirib.
SİA-nın məlumatına görə, Bilal Küçükşengün adlı vəkil mərc oyunlarında "Beşiktaş"ın qələbəsinə qoyduğu 50 TL pulun Ali Palabıyıkın ucbatından boşa getməsinə görə məhkəməyə müraciət edib. Peşəcə vəkil olan Küçükşengün hakimin oyuna təsir göstərən qərarlarına görə ona maddi və mənəvi ziyan vurduğunu iddia edərək təzminat tələb edir. O, matçın videoyazısında səhvlərin adın ortada olduğunu bildirməklə şikayətini haqlı hesab edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB