Çempionlar Liqası: “Beşiktaş” və “Real” qələbə qazandılar

Çempionlar Liqası: “Beşiktaş” və “Real” qələbə qazandılar

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib. Belə ki, ilk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxıb. E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İlk turda “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkib və 2 cavabısz qolla qalib gəlib.

Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gəlib. Görüş ingilislərin qələbəsi ilə başa şatıb - 2:0. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanıb - 3:1.

Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanıb - 2:0. “Monako” doğma divarlar arasında gözlənilmədən "Portu"ya 3 qolla uduzub. Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılıb. “Borussiya” “Real”la üz-üzə gəlib. Qonaqlar 3:1 heablı qələbə qazanıb. “Tottenhem” isə Kiprə səfərində APOEL-ə 3 cavabsız qolla qalib gəlib. Qeyd edək ki, “Qarabağ” bu gün “Roma”nı qəbul edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, ikinci tur

26 sentyabr

E qrupu

22:45. “Spartak” (Moskva, Rusiya) - “Liverpul” - 1:1
Qollar:
Fernando, 23 (1:0), Koutinyo, 31 (1:1)

22:45. “Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 2:0
Qollar:
Ben Yedder, 27, 38

F qrupu

22:45. “Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 2:0
Qol:
De Brune, 48, Sterlinq, 90

22:45. “Napoli” (İtaliya) - “Feyenord” (Hollandiya) - 3:1
Qol:
İnsinye, 7, Mertens, 49, Kallexon, 70 - Amrabat, 90+3

G qrupu

22:45. “Beşiktaş” (Türkiyə) - “Leypsiq” (Almaniya) - 2:0
Qol:
Babel, 11, Taliska, 43

22:45. “Monako” (Fransa) - “Portu” (Portuqaliya) - 0:3
Qollar:
Abubakar, 31, 69, Layun 89

H qrupu

22:45. “Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya) - 1:2 (İkinci hissə)
Qol:
Beyl, 18 (0:1), Ronaldo, 50 (0:2), Obameyanq, 54 (1:2), Ronaldo, 79 (1:3)

22:45. APOEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 0:3 (İkinci hissə)
Qol:
Keyn, 39, 62, 67

27 sentyabr

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) - “Roma” (İtaliya)

22:45. “Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə)

A qrupu

22:45. “Bazel” (İsveçrə) - “Benfika” (Portuqaliya)

22:45. MOİK (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

B qrupu

22:45. PSJ (Fransa) - “Bavariya” (Almaniya)

22:45. “Anderlext” (Bekçika) - “Seltik” (Şotlandiya)

D qrupu

22:45. “Yuventus” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)

22:45. “Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə