“Araz” növbəti mərhələyə vəsiqə qazanıb

“Araz” növbəti mərhələyə vəsiqə qazanıb

Futzal üzrə UEFA kubokunun seçmə qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Araz"ın növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib. SİA-nın məlumatına görə, buna 3-cü qrupda yer alan təmsilçimizin digər rəqibləri arasındakı oyunda aydınlıq gəlib.

Belə ki, ilk iki oyununda qalib gələn Naxçıvan klubu kimi, meydan sahibi olan Rumıniyanın "Tarqu Mureş" komandası da növbəti qələbəsini rəsmiləşdirib. Rumınlar Joze Alesio da Silvanın komandasının ilk turda 7:4 hesabıyla yendiyi İrlandiya "Sportinq Finqal"ına 8:2 hesabıyla qalib gəlib. Nəticədə növbəti mərhələyə məhz hazırda qrup liderliyini ələ alan "Tarqu Mureş"lə "Araz"ın yüksəldiyi dəqiqləşib.

İndi oktyabrın 1-də keçiriləcək son turun oyununda təmsilçimiz meydan sahibləriylə qrup liderliyi uğrunda yarışacaq. Autsayderlər isə öz aralarında qrup sonuncusu olmamaq üçün oynayacaq.

3-cü qrupda hazırkı vəziyyət belədir:

1. "Tarqu Mureş" 2 2 0 0 15-3 6

2. "Araz" 2 2 0 0 14-6 6

3. "Sportinq Finqal" 2 0 0 2 6-15 0

4. "Nikars" 2 0 0 2 3-14 0

Bütün xəbərlər Facebook səhifəmizdə