“Roma” artıq Bakıdadır

Sabah Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Roma” artıq Bakıdadır. SİA-nın məlumatına görə, komandanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanına enib. Futbolçuları az sayda azərbaycanlı olan “Roma” azarkeşləri qarşılayıblar. Futbolçular azarkeşlərlə şəkil çəkdirdikdən sonra avtobusa minərək hava limanından uzaqlaşıblar. Onlar Bakıda “Abşeron Marriot” otelində məskunlaşacaqlar.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sabah saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə