Rusiyanın Xantı-Mansı şəhərində keçirilən dünya şahmat olimpiadasında 8-ci turun görüşləri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığma komandası bu turda macarıstanlı həmkarları ilə mübarizə aparıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Komandalar arasında yekun nəticə aşağıdakı kimi olub: Şəhriyar Məmmədyarov–Peter Leko 0,5:0,5, Teymur Rəcəbov–Zoltan Almasi 1:0, Rauf Məmmədov–Yudit Polqar 0,5:0,5, Qədir Hüseynov–Çaba Baloq 0:1. Qadınlardan ibarət komandamız isə bu turda Ekvador idmançılarına qalib gəlib.
Nəticələr belədir: Zeynəb Məmmədyarova–Marta Bakero Fierro 1:0, Türkan Məmmədyarova–Rozio Vaskes 1:0, Gülnar Məmmədova–Evelin Monşayo 0,5:0,5, Nərgiz Umudova–Abiqel Romero 1:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB