Karateçilərimiz dünya çempionatında uğurla çıxış ediblər FOTOLAR
Rumıniyanın paytaxtı Buxarestdə qoju-ryu karate üzrə dördüncü dünya çempionatı keçirilib. SİA-nın məlumatına görə, VKC növləri üzrə dünya çempionatında Azərbaycanı milli federasiyanın prezidenti Nurəddin Quliyevin rəhbərliyi ilə doqquz idmançı təmsil edib.
Azərbaycan millisinin üzvləri mundialda 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Fəxri kürsünün ən yüksək pilləsinə böyüklərin yarışında Ənvər Nemətov (79 kq), Orxan Süleymanov (84 kq), veteranların yarışında isə Həsən Həsənov qalxıblar.
Ə.Nemətov və O.Süleymanov üçüncü dəfə çempion adını qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB