Bu gün AÇ-də pley-off mərhələsinə start veriləcək

Bu gün AÇ-də pley-off mərhələsinə start veriləcək

Sentyabrın 26-da Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində pley-off görüşlərinə start veriləcək. SİA-nın məlumatına görə, pley-off mərhələsinin bütün görüşləri Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

Günün ilk qarşılaşması saat 18:00-da Belarus və Çexiya voleybolçuları arasında keçiriləcək. Bu matçın qalibi sentyabrın 28-də dörddəbir final mərhələsində Serbiya kollektivinin rəqibi olacaq.

Digər oyunda isə Niderland və Xorvatiya milliləri üz-üzə gələcəklər. Matçdan qalib ayrılan komanda sentyabrın 28-də dörddəbir finalda İtaliya millisi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə