“Olimpiakos”un baş məşqçisi dəyişib

“Olimpiakos”un baş məşqçisi dəyişib

“Olimpiakos” baş məşqçisi Besnik Hasini istefaya göndərib. SİA-nın məlumatına görə, komanda ölkə çempionatının son 3 oyununda qalib gələ bilmədiyi üçün bu qərar verilib. Sonuncu turda isə "Olimpiakos" AEK-lə səfər matçında 2:0 hesabı ilə öndə olsa da, yekunda uduzub - 2:3.

Komandanın artıq yeni baş məşqçisi müəyyənləşib . Bu vəzifəyə 4-cü dəfə Takis Lemonis gətirilib.

T.Lemonis komandanı Çempionlar Liqasınının qrup mərhələsininin ikinci turunda "Yuventus"a qarşı oyuna çıxaracaq. Sözügedən görüş sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə