"Qarabağ" azarkeşlərə müraciət edib

"Qarabağ" azarkeşlərə müraciət edib

"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib. SİA müraciəti olduğu kimi təqdim edir:

"Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar".

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu sabah saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə