DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib. SİA-nın məlumatına görə, Benedikt Hövedes sıradan çıxıb.
“Yuventus”un müdafiəçisinin məşq zamanı əzələsi zədələnib. Klubun rəsmi saytı 29 yaşlı futbolçunun 1 ay meydana çıxa bilməyəcəyini yazıb.
Bu isə onun DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də millimizə qarşı keçiriləcək oyunları buraxacağı deməkdir.
Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədə səbəbindən yığmamızla oyunu buraxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB