Bu gün Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin dördüncü gününə start verilib. SİA-nın məlumatına görə, günün ilk oyununda “C” qrupunda yer alan Rusiya və Bolqarıstan komandaları qarşılaşırlar. Bu qarşılaşmanın qalibi dörddəbir finala birbaşa vəsiqənin sahibi olacaq.
Bu qrupun digər oyununda Türkiyə və Ukrayna kollektivləri üz-üzə gələcəklər.
“A” qrupunda yer alan Azərbaycan millisi isə Almaniya yığması ilə qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB