Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib

Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. İclasda “Bakılı” FK və “Şahdağ” FK tərəfindən I divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. SİA-nın məlumatına görə, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.

2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə