Topaz Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. SİA-nın məlumatına görə, bu, VI turun “Qarabağ” - “Sumqayıt” oyununa təsadüf edib. Matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.
Maraqlıdır ki, mövsümün ilk qolunun da müəllifi Mahir olub. Avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB