HDÇ-2017: Son gündə 2 gümüş və 1 bürünc medal FOTOLAR

HDÇ-2017: Son gündə 2 gümüş və 1 bürünc medal FOTOLAR

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, çempionatın son günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıblar.

İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə (80 kq) sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb.
Finalda o, ukraynalı Andrey Antonikə məğlub olub və gümüş medala yiyələnib.

Daha bir gümüş medalı isə 98 kq çəkidə mübarizə aparan təmsilçimiz Orxan Nuriyev qazanıb.

85 kq çəki dərəcəsində yarışan İslam Abbasov çempionatı bürünc medalla başa vurub. Həlledici görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.

Xatırladaq ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə