UEFA-nın sabiq prezidenti Mişel Platini İtaliya A Seriyasında hazırki rəqabət səviyyəsinin artdığını düşünür. SİA-nın məlumatına görə, fransalı funksioner açıqlamasında bunları deyib: "A Seriyasında rəqabətin səviyyəsi yüksəlib. "Yuventus" əvvəlki kimi hegemonluq etmir. "İnter" və "Milan" yay transfer pəncərəsində heyəti möhkəmləndirmək üçün xeyli vəsait ayırdı. "Roma" və "Napoli"ni da yaddan çıxarmaq olmaz".
Qeyd edək ki, A Seriyasında son 6 mövsümün qalibi "Yuventus" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB