Albaniya çempionatında 2-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi” doğma meydanda “Laçi”yə qalib gəlib – 3:0.
90 dəqiqə meydanda olan R.Əliyev ilk qolun vurulmasında pay sahibi olub. 61-ci dəqiqədə onun zərbəsindən sonra top rəqib futbolçuya dəyərək qapıdan keçib. Rauf 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB