Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” İtaliya A Seriyasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, paytaxt təmsilçisi öz meydanında “Udineze”ni qəbul edib. Görüş “Roma”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Roma” – “Udineze” – 3:1
Qollar: Dzeko, 12 (1:0), El Şaravi, 30 (2:0), 45, (3:0), Larsen, 90 (3:1)
Bu qələbə ilə xalını 12-ə çatdıran “canavarlar” 8-ci yerdən 4-cü pilləyə yüksəlib. Qeyd edək ki, “Roma” sentyabrın 27-də Bakıda “Qarabağ”ın qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB