İtaliya yığması Gürcüstan voleybolçularını darmadağın edib

İtaliya yığması Gürcüstan voleybolçularını darmadağın edib

Sentyabrın 22-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində Tbilisidə “B” qrupunda mübarizəyə start verilib. Tbilisidəki Yeni İdman Sarayında keçirilən ilk görüşdə ev sahibi Gürcüstan yığması İtaliya millisi ilə qarşılaşıb. Oyun İtaliya yığmasının 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb. İtaliyalılar setlərdə 25:14, 25:12 və 25:12 hesabı ilə asan qələbə qazanıblar.

Bu qrupun digər oyununda Xorvatiya və Belarus milliləri üz-üz gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə