Fatih Terim TFF-dən təzminat tələb edir

Fatih Terim TFF-dən təzminat tələb edir

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından (TFF) təzminat tələb edir. SİA-nın məlumatına görə, mütəxəssis bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün 1 illik maaşının ödənilməsini istəyir.

64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon avro göstərilib. Müqaviləsinin bitməsinə 16 ay qalmış vəzifəsindən göndərilən Terim federasiyadan 12 ayın təzminatını - 3.5 milyon avro istəyir.

Qeyd edək ki, Terimin istefaya göndərilməsindən sonra Türkiyə millisinə Mirça Luçesku rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə