Patrik Şik "Qarabağ"la matçda oynamayacaq

Patrik Şik "Qarabağ"la matçda oynamayacaq

"Roma"nın zədəli futbolçusu Patrik Şikin son durumu müəyyənləşib. SİA-nın məlumatına görə, tibbi müayinədən keçən 21 yaşlı hücumçunun sol dizaltı vətərinin zədələndiyi məlum olub. Onun 15 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bu isə o deməkdir ki, P.Şik İtaliya A seriyasında "Udineze", "Milan" və Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə