Diyeqo Koşta "Atletiko Madrid"ə qayıdıb

Diyeqo Koşta "Atletiko Madrid"ə qayıdıb

"Çelsi"nin hücumçusu Diyeqo Koşta "Atletiko Madrid"ə qayıdıb. SİA-nın məlumatına görə, hər iki klub bu məlumatı rəsmən təsdiqləyib. Koşta tibbi müayinədən keçəndən sonra müqaviləyə imza atacaq. O, transfer qadağası qoyulan "Atletiko"da yanvara kimi forma geyinə bilməyəcək. İspaniyalı hücumçu mövsümün sonuna kimi Madrid klubunda icarədə çıxış etdikdən sonra "Atletiko" onun transfer hüququnu 60 milyon avroya alacaq.

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə münasibətləri gərgin olan Koşta komandanın məşqlərinə qatılmaqdan imtina edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə