UEFA-ya yeni vitse-prezident təyin edilib

UEFA-ya yeni vitse-prezident təyin edilib

UEFA-ya yeni vitse-prezident təyin edilib. SİA-nın məlumatına görə, o, İtaliya Futbol Federasiyasının baş katibi Mikel Uvadır. M.Uva bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.

Xatırladaq ki, Vilyar iyul ayında vəzifədən getmişdi. Belə ki, bu il iyulun 18-də İspaniya polisi yerli futbol federasiyasının ofisində axtarış aparmış, 10-a yaxın futbol məmurunu həbs etmişdi. Həbs edilənlər arasında Anxel Mariya Vilyar və oğlu da var idi. Onlar korrupsiyada ittiham olunurdular.

Bütün xəbərlər Facebook səhifəmizdə