Kosiki-karate-do idman növü üzrə dünya kubokunda qalib olmuş Azərbaycan idmançılarının uğurlarına həsr olunmuş təbir keçirilib
Bu gün Yaponiyanın Tokio şəhərində uşaq və gənclər, kişi və qadınlar arasında kosiki-karate-do idman növü üzrə 28-ci Yaponiya çempionatında və 18-ci dünya kubokunda qalib olmuş Azərbaycan yığma komandasının üzvlərinin uğurları ilə əlaqədar tədbir keçirlib. SİA-nın məlumatına görə, Milli Aviasiya Akademiyasında təşkil olunmuş tədbirdə akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov, yığma komandanın baş məşqçisi Talıb Berzigyarov və federasiyanın icraçı direktoru Ənvər Həzərxanov iştirak ediblər. Tədbirdə bildirilib ki, yığmamız 7 idmançı ilə təmsil olunmasına baxmayaraq bu yarışda dünyanın 23 ölkəsindən 30 komanda arasında yüksək nəticə göstərərək kamandalar arasında birinci yerə layiq görülüb. Bundan əlavə, şəxsi hesabda idmançılarımızdan Nazim Mövsümzadə kata yarışlarında ikinci, Bunkay-kumite yarışlarında birinci, Ruslan Berzigyarov katada 3, Bunkay-kumitedə 1-ci, Lolita Hüseynova kumite və katada 2-ci, Yulya Mustafayeva kumite və katada 1-ci, Vüsal Əliyev kumitedə 2-ci yer tutublar.
Xatırladaq ki, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin rəhbəri olduğu "AZAL" İdman Klubu və "Neftçi" Sağlamlıq Mərkəzinin idmançılarından, akademiyanın tələbələrindən ibarət Azərbaycan yığma komandasının uğurlarında baş məşqçisi Talıb Berzigyarovun əməyi danılmazdır. Əldə olunan uğurlarda respublikanın tanınmış məşqçiləri, idman ustaları Yuri Mustafayevin, Nazim Möhsümzadənin və federasiyanın icraçı direktoru Ənvər Həzərxanovun əməyini xüsusi qeyd etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB