"Real" Zidanla yeni müqavilə imzalayıb

"Real" Zidanla yeni müqavilə imzalayıb

"Real" baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayıb. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə fransalı mütəxəssisin özü məlumat verib: "Müqavilənin müddətini artırmışıq. Ancaq bu, mənim üçün önəmli deyil".

"Real"ın yaxın günlərdə bu barədə açıqlama yayacağı gözlənilir. Qeyd edək ki, Z.Zidanın Madrid təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə