“Qarabağ”ın futbolçusu Dino Ndlovu uzun fasilədən sonra Cənubi Afrika Respublikası (CAR) millisinə çağırılıb. SİA-nın məlumatına görə, yığmanın baş məşqçisi Stüart Bakster 25 nəfərlik siyahıya Ndlovunun da adını qeyd edib.
27 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Burkina Faso ilə keçiriləcək oyunda CAR millisinə kömək edə bilər. Görüş oktyabrın 7-də CAR-da keçiriləcək.
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Onun "Qarabağ"da son uğurlu çıxışları yığma komandanın baş məşqçisinin diqqətini cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB