Mikayıl Cabbarov AQF-nin prezidenti seçilib

Mikayıl Cabbarov AQF-nin prezidenti seçilib

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında təşkil edilən tədbirdə qurumun rəhbər heyətinə seçkilər olub.

Səsvermə nəticəsində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və müxtəlif idman qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının da prezidentidir.

Bütün xəbərlər Facebook səhifəmizdə