Millimiz Qran-Pri turnirində iştirak edəcək

Millimiz Qran-Pri turnirində iştirak edəcək

Mərakeşin paytaxtı Rabat şəhərində taekvondo üzrə Qran-Pri turniri keçiriləcək. SİA-nın məlumatına görə, avqust ayında Moskva şəhərində startı verilən yarışın ikinci mərhələsi 22-24 sentyabr tarixlərində baş tutacaq.

G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamızın üzvləri də iştirak edəcək. Yeddi taekvondoçu ilə təmsil olunacaq komandamız artıq Rabat şəhərindədir. Baş məşqçi Reza Mehmandost, böyük məşqçi Rəşad Əhmədov və eləcə də qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi təmsil edəcək komanda sentyabrın 25-də Vətənə dönəcək.

Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq. Qran-Pri turnirin sonrakı mərhələsi Böyük Britaniyanın paytaxtı London şəhərində, final mərhələsi isə Fil dişi Sahilinin paytaxtı Abidjanda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə