Zəlzələyə görə futbol matçı təxirə salınıb

Zəlzələyə görə futbol matçı təxirə salınıb

Meksikada güclü zəlzələ baş verib. SİA-nın məlumatına görə, 7,4 bal gücündə baş verən təbiət hadisəsi "Klub Amerika" - "Kruz Azul" matçının təxirə salınmasına səbəb olub. Yerin 43 km dərinliyində baş verən zəlzələ Puebla şəhəri yaxınlığında olub.

Matçın keçiriləcəyi stadionda çat əmələ gəldiyi üçün qarşılaşma dərhal təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə