"Sport foot magazine" jurnalının müxbiri Stefan Van der Velde və fotoqraf Erik Herşaft "Neftçi"nin düşərgəsində olublar
Belçikanın məşhur "Sport foot magazine" jurnalının müxbiri Stefan Van der Velde və fotoqraf Erik Herşaft "Neftçi"nin düşərgəsində olublar. klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandanın məşqini izləyən jurnalın əməkdaşlarından Stefan Van der Velde bu haqda təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb: "Neftçi"nin məşqi digər Avropa klublarında və Belçikanın aparıcı klublarında olduğu kimi keçdi. Düşünürəm ki, çempionat oyunundan sonra belə intensiv məşq komandanın gücündən xəbər verir. Klubun heyətində əsasən texnikalı futbolçular yer alıb. Məşqdə futbolçular çox istəkli və motivasiyalı görünürdülər. Komanda üzvlərinin fiziki göstəriciləri haqda tam fikrimi bildirə bilməsəm də, texniki potensialları göz qabağında idi. Biz bu səfərdən çox məmnun qaldıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB