Almaniya ikinci Bundesliqasında yeddinci turun oyunları keçirilir. SİA-nın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” səfərdə “Kayzerslautern”in qonağı olub. D.Nazarov görüşü əvəzolunmadan keçirib. Matç “Aue”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran D.Nazarovun komandası turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Lider “Sandhauzen”lə isə xal fərqi cəmi 4-dür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB