Valeri Hacıyev: "Bu hərəkət Azərbaycan futboluna hörmətsizlikdir" - AÇIQLAMA
"Neftçi"nin veteran futbolçuları Yaşar Babayev və Valeri Hacıyev "Xəzər-Lənkəran" – "Neftçi" qarşılaşmasında rəqib komandanın azarkeşlərinin flaqmanın atributuna hörmətsiz yanaşmalarına münasibət bildiriblər. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onların fikirləri belə olub:
Yaşar Babayev: "Neftçi"yə qarşı bu cür hörmətsizliyi heç kimdən gözləməzdim. Tarixi kökü olan klubun bayrağı yandırılmamalı idi. Bunu edənlər ən azı üzr istəməlidirlər".
Valeri Hacıyev: "Neftçi"nin bayrağını yandıranlar təkcə, kluba yox, həm də Azərbaycan futboluna hörmətsizlik ediblər. Çünki "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Bunda əli olan günahkarlar cəzalandırılmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB