Azərbaycan millisi Ermənistan yığmasını məğlub edib

Azərbaycanın kişilərdən ibarət komandası Rusiyanın Xanti-Mansiyski şəhərində şahmat üzrə dünya olimpiadasının sentyabrın 28-də keçirilmiş 7-ci turunda Ermənistan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.

SİA-nın məlumatına görə, komandalar arasındakı yekun nəticə aşağıdakı kimi olub: Şəhriyar Məmmədyarov–Levon Aronyan 0,5:0,5, Teymur Rəcəbov –Vladimir Akopyan 05:0,5, Rauf Məmmədov-Qabriyel Sarkisyan 0,5:0,5, Qədir Hüseynov–Armen Paşikyan 1:0. Azərbaycanın qadınlardan ibarət yığması isə bu turda Yunanıstan şahmatçılarına 1,5:2,5 hesabı ilə uduzub.

Nəticələr belədir: Zeynəb Məmmədyarova–Yelena Dembo 0,5:0,5, Türkan Məmmədyarova–Maria Botsari 0,5:0,5, Gülnar Məmmədova-Mariya Makropolu 0:1, Xəyalə İsgəndərova-Yekaterini Faxeridu 0,5:0,5.

Bütün xəbərlər Facebook səhifəmizdə