İslam Abbasov: "Hədəfim çempion olmaqdır” AÇIQLAMA

İslam Abbasov: "Hədəfim çempion olmaqdır” AÇIQLAMA

"Dünya çempionatına hazırlıq prosesini yüksək səviyyədə keçmişik. İnanıram ki, komanda yoldaşlarım və mən bizə bəslənən ümidləri doğruldacağıq". SİA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının yunan-Roma yarışında ölkəmizi 85 kiloqram çəki dərəcəsində təmsil edəcək İslam Abbasov deyib.

Yarışa ciddi hazırlaşdıqlarını vurğulayan İ.Abbasov bildirib: “Komandamız çox güclüdür. Bu dünya çempionatı əvvəlkilərdən daha gərgin idman mübarizəsi şəraitində keçəcək. Çünki bu il bu yarışın 100 illiyi tamam olur. Ona görə də çalışacağıq ki, yubiley çempionatında komanda hesabında da qalib gələk. Gənclər arasında dünya və Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının, böyüklər arasında Dünya Kubokunun qalibi olmuşam. Hədəfim bu yarışda da çempion olmaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə