Vüqar Nadirov: "Səbail"in vaxta ehtiyacı var" AÇIQLAMA

Vüqar Nadirov: "Səbail"in vaxta ehtiyacı var" AÇIQLAMA

"Həqiqətən də "Qəbələ" kimi komandaya qarşı çox yaxşı oynadıq. Komandamız gənclərdən təşkil olunub, get-gedə yaxşı formaya düşməyə çalışırıq. Düşünürəm ki, gələcəkdə hər şey yaxşı olacaq". SİA-nın məlumatına görə, bu sözləri "Səbail"in hücumçusu Vüqar Nadirov deyib.

O, öz üzərində çalışdığını və oyununda irəliləyiş olduğunu qeyd edib: "Hər bir komandaya qarşı yaxşı oynamağa, öz formamı bərpa və komandam üçün əlimdən gələni etməyə çalışıram. Fikrimcə, öz oyunumda xeyli irəliləyiş var".

Futbolçu "Səbail"in vaxta ehtiyacı olduğunu bildirib: "Təzə komandayıq, 1-2 aydır bir yerdəyik. Oturuşmuş komanda olmaq üçün bizə vaxt lazımdır. İnşAllah, baş məşqçimiz komandanı düzəltməyə nail olacaq".

Qeyd edək ki, Bayıl təmsilçisi Topaz Premyer Liqasının V turunda öz meydanında "Qəbələ"yə məğlub olub (1:3).

Bütün xəbərlər Facebook səhifəmizdə