Anna Yusipova: "Çoxminli iştirakçılar arasında qaliblərdən olmaq qürurvericidir"
“Gəncə Marafonu-2017” mənim üçün uğurlu oldu. Bu vaxta qədər 4 dəfə ayrı-ayrı marafonlarda iştirak etməyimə baxmayaraq, ən yüksək nəticəni bu marafonda göstərə bildim.
Bu sözləri AZƏRTAC-a “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017” nin qadınlar arasında ikinci yerin sahibi Azərbaycandan olan iştirakçı Anna Yusipova deyib.
Anna Yusipova bildirib ki, Bakı şəhərində keçirilən hər iki marafonun iştirakçısı olub. Bakı marfonunda ilk dəfə çıxışında 4-cü yerə, ikinci dəfə isə yeddinci yerə çıxıb.
Öz ölkəsində keçirilən marafonda çoxminli iştirakçılar arasında qalib olmağın onun üçün həm də qürurverici olduğunu deyən Anna Yusipova yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB