"Gəncədə qalib gəlməyim məni hədsiz sevindirdi"

"Gəncədə qalib gəlməyim məni hədsiz sevindirdi"

"Çox şadam ki, Gəncə şəhərində ilk dəfə keçirilən marafonda birinci oldum." Bu fikirləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilən “Gəncə Marafonu-2017”də qadınlar arasında finiş xəttinə birinci çatan iştirakçı Ukrayna vətəndaşı Volentina Poltavska jurnalistlərə müsahibəsində deyib: “Gəncə Marafonu 2017”dən əvvəl bir neçə yarışda iştirak etmişəm. Lakin, Gəncədə qalib gəlməyim məni hədsiz sevindirdi. Ətrafdakı insanların alqışları məni daha da ruhlandırdı. Marşrut mürəkkəb olsa da ətrafda gördüyüm hər şey məni finişə birinci çatmağa səsləyirdi.

“Marafon çox gözəl keçdi. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Gələcədə yenə də marafon təşkil edilərsə, məmnuniyyətlə gəlib iştirak edəcəyəm”-deyə Volentina Poltavska qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə