Tərlan Əhmədov: "Komandanın müəyyən qədər bərpası məni sevindirir"
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Neftçi” – "Zirə” (1:2) oyunundan sonra təşkil edilən mətbuat klonfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq oyun haqda danışıb:
- Bu gün komandanın oyunundan razı qaldım. Hücum futbolu oynamaq istədik. Buraxdığımız səhvlərdən qollar vuruldu. Beş gündə gördüyümüz işlər hücum futbolu üçün yaxşıdır. Komandanın müəyyən qədər bərpası məni sevindirir. Ancaq bundan sonra da görüləsi işlər çoxdur. Bura gəldiyim gündən fiziki və psixoloji hazırıqları qismən artırmışıq. Komandada kollektiv olaraq mübarizə məni sevindirdi. Qarşıda bizi ağır oyunlar gözləyir və bu matçlara 3 xal üçün çıxacağıq.
- Qırmızı vərəqə ilə bağlı narazılığınız var idimi?
- Qırmızı vərəqə ilə bağlı narazçılığım yoxdur. İstəkli futbol olanda qırmızı vərəqə də qaçılmazdır. Təbii ki, adi epizodlardan bu arzuolunan deyil.
- Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə komandaya gəlsəydiniz fərqli nəsə olardımı?
- Mənim bura gəlməyimdə mətbuatın da xüsusi rolu olub. Tez gəlsəydim, daha yaxşı olardı. Çünki mənim gətirdiyim tək futbolçu Rəşad Sadiqovdur. Tam heyətlə bağlı problemim çoxdur. Mövsümün əvvəlində gəlsəydim, çox futbolçular getməzdi. İstedadlı futbolçular komandanı tərk edib.
- Fiziki hazırlıq üzrə məşqçinin kimliyinə aydınlıq gəlibmi?
- Hazırda axtarış və söhbətlər gedir. Bir nəfər öz ölkəsində yığma komandada çalışır. Danışıqların fonunda hələ də axtrışdayıq. Mən özüm də onların iş funksiyasına baxıram. İki nəfərin təcrübəsi çoxdur, amma məvacib tələbləri həddən artıq çoxdur.
- Oyunun sonunda azarkeşlərə yaxınlaşıb nə dediniz?
- Azarkeşlərlə görüş olacaq. Həftəiçi günlərdən birində onlarla görüşəcəyik, bir neçə oyunçu və mən söhbət edib, dərdləşəcəyik.
- Bildirdiniz ki, tez gəlsəydiniz, bəzi futbolçular qalacaqdı. Onlar kimlərdir?
- Heç kimin adını çəkmək istəmirəm, çünki başqalarına psixoloji zərbə olmasın. Mən olmasaydım, başqa məşqçi olsaydı, yenə başqa formada komanda formalaşardı. Elşən Abdullayev, Araz Abdulayev və Cavid İmamverdiyevin komandadan getməyinə icazə verməzdim.
- Növbəti oyunöncəsi komandanın durumu nə yerdədir? Hansı dəyişikliklər olacaq?
- İndidən hansısa dəyişikliyi deyə bilmərəm. İşmizi davam etdirəcəyik. Elnur sabahdan fərdi məşq edəcək və sonra komandaya qoşulacaq. Mirabdulla, Səlahət və Elnurun tam bərpa olmaması, Emin Mahmudov məsələsinə aydınlıq gəlməməsi bizə problem yaradır. Əlimizdə nə varsa, ondan istifadə edəcəyik. Biz oyundan-oyuna artırmaq istəyirik. "Qəbələ" və "İnter"lə çətin səfərlərimiz var. Bu iki oyundan xallar götürmək istəyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB