“İnter”-“Sumqayıt” oyunu heç-heçə başa çatıb

“İnter”-“Sumqayıt” oyunu heç-heçə başa çatıb

Futbol üzrə Topaz Premyer Liqasının V turuna “İnter”-“Sumqayıt” oyunu ilə start verilib. Baş hakim Ramil Diniyevin idarə etdiyi matç 1:1 hesabı ilə başa çatıb. Görüşün 11-ci dəqiqəsində “İnter”in oyunçusu Sərtan Taşkın hesabı açıb. İlk hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsinin əvvəlində “Sumqayıt” klubu hesabı bərabərləşdirib. Oyunun 49-cu dəqiqəsində Rəşad Eyubov fərqlənib – 1:1. Günün digər görüşündə isə “Neftçi” komandası “Zirə” ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə