Leroy Corc "Melburn Viktori” ilə anlaşıb

Leroy Corc "Melburn Viktori” ilə anlaşıb

"Qarabağ”ın sabiq futbolçusu Leroy Corc karyerasını Avstraliyada davam etdirəcək. SİA-nın məlumatına görə, 30 yaşlı surinamlı yarımmüdafiəçi "Melburn Viktori” ilə anlaşıb. O, 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Leroy 2013-2015-ci illərdə "Qarabağ”da çıxış edib. Onun son iş yeri "Adana Demirspor” olub.

Bütün xəbərlər Facebook səhifəmizdə