Avropa Liqasının qrup mərhələsində bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Styaua"nın (Rumıniya) yarımmüdafiəçisi Konstantin Budesku ən yaxşı oyunçu seçilib. O, 46 faiz səs toplayıb. Aleksandr Kokorin ("Zenit") 23 faiz səslə ikinci, Andre Silva ("Milan") 19 faiz səslə üçüncü olub.
Qeyd edək ki, K.Budesku “Viktoriya Plzen”ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubla imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB