Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək. SİA-nın məlumatına görə, sayca üçüncü olan bu yarış 16-17 sentyabr 2017-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Turnirə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının 2000-2003-cü il təvəllüdlü gənc idmançıları dəvətlidir.
Xatırladaq ki, adıçəkilən turnir 2015-ci ildən keçirilir. İlk yarış Qəbələdə, növbəti yarış isə ötən il Qubada təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB